24 ha ərazi
Şirkət 2012-ildən Sumqayıt Kimya Sənaye Parkının rezidenti olaraq 24 ha ərazidə 3 zavod və 2 istehsal sahəsində 700 + əməkdaşla ağır sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır.
2012-ci il Fevral ayında Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir.
2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir.
Şirkət 2012-ildən Sumqayıt Kimya Sənaye Parkının rezidenti olaraq 24 ha ərazidə 3 zavod və 2 istehsal sahəsində 700 + əməkdaşla ağır sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır.
“Azertexnolayn” neft-qaz, su təchizatı, kənd təssərüfatı, yol infrasrukturu və.s sektorlarda 100 dən artıq müştərinin sifarişlərini peşəkarlıqla icra etmişdir.
İxrac potensialının da yüksək olduğu zavodlarımızda istehsal olunan məhsullar yerli dövlət və özəl layihələrdə uğurla iştirak etdiyi kimi 7 istiqamatdə regional ixrac layihələrinədə öz imzasın atımışdır.
“Azertexnolayn” MMC aşağıda adları çəkilən bir çox beynəlxalq sertifikatlarla təmin olunmuşdur. Müəssisəmizin İdarəetmə sistemi bu standartların tələblərinə uyğun fəaliyyət göstərir.
"Azertexnolayn" MMC, “Amerika Neft İnstitutu” tərəfindən API Spec Q1 və API-5L standartları üzrə sertifikatlaşdırılmışdır.
"Azertexnolayn" MMC-in nəzdində fəaliyyət göstərən “Sənaye və İnşaat Məhsullarının” sınaq laboratoriyası, “Azərbaycan Akkreditasiya Mərkəzi” tərəfindən AZS ISO/IEC 17025:2020 standartı üzrə sertifikatlaşdırılmışdır.
Müştəri yönümlülük
Liderlik
İnsanların cəlb edilməsi
Yaxşılaşdırma
Proses yanaşması
Dəlillərə əsaslanan qərarların qəbulu
Məxfilik və qərəzsizlik
Əlaqələrin idarə edilməsi
"Azertexnolayn" MMC-də adları çəkilən idarəetmə sistemlərinin tələblərinə uyğun siyasətlər hazırlanır və bütün işçi heyətə çatdırılması təmin olunur.
Müəssisə üzrə İdarəetmə Sisteminin effektivliyinin, məhsullarımızın və xidmətlərimizin keyfiyyətinin davamlı yaxşılaşdırılması, müştəri məmnunluğunun artırılması üçün hər il müvafiq şöbələr tərəfindən ölçülə bilən məqsədlər hazırlanır və tətbiqi izlənilir.
"Azertexnolayn" MMC-də ildə ən az 1 dəfə olmaqla qeyd edilən standartlar üzrə daxili və xarici auditlər keçirilir.
Müştəri məmnunluğu müəssisəmiz üçün böyük önəm kəsb edir. Bu səbəbdən məmnunluq rüblük olaraq, müştərilərə onlayn və ya yazılı sorğular göndərilərək ölçülür.
"Azertexnolayn" MMC-in rəhbərliyi tərəfindən təşkilatın Keyfiyyəti İdarəetmə Sisteminin davamlı olaraq yararlığını, adekvatlığını, effektivliyini və müəssisənin strateji istiqamətinə uyğunluğunu təmin etmək üçün planlaşdırılmış təhlillər aparılır.
“AZERTEXNOLAYN” MMC-də, müştəri məmnuniyyətinin artırılması və beynəlxalq standartların tələblərinin qarşılanması məqsədilə, şikayət / etirazların idarəolunmasına xüsusi diqqət ayrılır.
Azertexnolayn MMC-nin fəaliyyətində təhlükəsizlik prioritetlərimizin fövqündə duran əsas dəyərdir.Şirkətin, "Hər kəsin təhlükəsizlik haqqında öz nəzər nöqtəsini ifadə etmək və istənilən təhlükəli işi DAYANDIRMAQ hüququ və məsuliyyəti"ni qəti şəkildə müəyyən edən təhlükəsizlik prinsipləri və təcrübələri təlimlərini almış, Sumqayıt Kimya Sənaye Parkı və neft emalı layihələrində işləyən 700-dən çox işçiləri və layihə podratçıları var.
Biz işçilərimizin, podratçılarımızın və yerli cəmiyyətin səhhəti və təhlükəsizliyinə yüksək dərəcədə sadiqik. Təhlükəsizliyə bağlılığın elementi kimi Azertexnolayn-ın Təhlükəsizlik, Səhiyyə, Ətraf Mühit və Keyfiyyət proqramı üçün birbaşa nəzarəti həyata keçirən xüsusi ali idarəetmə komitəsi yaradılıb.
Təşəbbüslər və dəyişikliklər proqramı insanların işinin hər bir aspektində təhlükəsizliyə münasibətində və onların davranışında dəyişiklik etmiş və etməyə davam edir.
Bu məlumatlar bazası həmçinin işçilərimiz və maraqlı şəxslərə mühüm hadisələr, hallar və baş vermiş qəza halları haqqında xatırlatmaq üçün bizim Yaddaş Mərkəzimiz olacaq. Yaddaş bizə gələcəkdə eyni səhvlərdən yayınmağa kömək edəcək və bizim qəzadan və zədələnmədən uzaq qalmağımızı təmin edəcək.