Karyera

Şirkətimiz daim peşəkar mütəxəssis axtarışındadır. Əgər siz də bizim sıralarımıza qoşulmaq istəyirsinizsə öz CV-nizi hr@azertexnolayn.com email ünvanına göndərə bilərsiniz. Bütün müraciətlər İşə Qəbul şöbəsi tərəfindən incələnir və vakansiyalara uyğun namizədlərlə əlaqə yaradılır.

Vakansiyalar

Könüllü təcrübə proqramı

Əsas vəzifə və öhdəliklər

  • Könüllü təcrübə proqramı:

    1. Mühasibatlıq şöbəsi – 1 nəfər
    Xanım və ya bəy namizədlər;
    Mühasibatlıq və ya iqtisadiyyat ixtisasları üzrə ali təhsil;
    Yaş həddi: 21-25 yaş

    2. İnzibati İşlər şöbəsi (arxiv işinin təşkili üzrə)– 1 nəfər
    Xanım və ya bəy namizədlər;
    Ali təhsil və ya orta ixtisas təhsili;
    Yaş həddi: 21-25 yaş

    Sumqayıt şəhərində yaşayanlara üstünlük veriləcək.
    Nahar yeməyi şirkət tərəfindən təmin ediləcək.
    CV-ləri “Təcrübə proqramı” başlığı adı altında hr@azertexnolayn.com elektron ünvanına göndərmənizi xahiş edirik.

Seçim meyarları

İş təcrübəsi
Tələbə olunmur
Təhsili/ixtisası
Ali və orta ixtisas təhsili
Təlim və kurslar
Tələb olunmur.
Komputer bilikləri
Microsoft ofis proqramları
Dil bilikləri
İngilis dili
Yaş
21-25 yaş

İşçi ehtiyacının müəyyən edilməsi

1. Axtarış mərhələsi

Daxil olan işə qəbul müraciətləri, alternativ axtarış kanalları vasitəsilə (sosial şəbəkələr, internet saytları və sair) vakansiyanın tələblərinə uyğun namizədlər axtarılır, telefon əlaqəsi saxlanılır və iş görüşməsi üçün münasib vaxt təyin edilir

2. İlkin qiymətləndirmə mərhələsi

Bu mərhələdə namizədlərlə ilkin müsahibə təşkil edilir. Ehtiyac olduğu təqdirdə vakansiyanın tələblərini qarşılayan namizədlərin məntiqi-riyazi bilikləri, komputer bacarığı, ixtisas biliyi, dil biliyi yoxlanılır;

3. Seçim mərhələsi

İlkin qiymətləndirmə mərhələsindən uğurla keçən namizədlərin struktur rəhbəri ilə görüşü təşkil edilir. Struktur rəhbəri namizədin texniki bilik-bacarıqlarını və işin icrasında lazım olan digər meyarlara cavab verməsini müəyyənləşdirir. Uyğun görülən namizədin referans araşdırması aparılır;

4. Yerləşdirmə mərhələsi

İşə götürülməsi qərarlaşdırılan namizədlərə iş təklifi edilir. İşçiyə işə başlama tarixi, əmək haqqı və şirkət tərəfindən təqdim olunan mənfəət və faydalar haqqında məlumat verilir. Qarşılıqlı razılıq əsasında əmək müqaviləsi bağlanılır.

İnsan Resursları siyasətimiz

Müəssisəmiz şübhəsiz ki, İnsan Resurslarının ən önəmli və vacib resurs olduğunu anlayır, müasir tәlәblәrә cavab verәn kadr potensialının yaradılması vә onun effektiv idarә olunması istiqamətində mütəmadi olaraq addımlar atmağa səy göstərir.

Şirkətimizin əsas insan resursları hədəfləri ölkəmizin sənayesində qabaqcıl mövqe tutaraq inkişaf gücünü artırmaq, müştəri məmnuniyyətinə əsaslanaraq keyfiyyətli məhsul istehsal etməkdir. Kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, işçilərin öz inkişaflarını və təkmilləşmələrini təmin etmək üçün şəraitin yaradılması, əməkdaşlarımız arasında sıx əlaqə quraraq bacarıqlı bir komanda olmaq əsas hədəflərimizdəndir.

"Azertexnolayn" MMC İnsan Resurslarının təmin edilməsi, inkişaf etdirilməsi, onların motivasiya edilməsi, mükafatlandırılması, şirkətə bağlılığının artırılması istiqamətində mütəmadi olaraq addımlar atmaqdadır.

Подробности чего-то

Бетонные наполнители (Песок, аланты, дробилка, гравий)

  • Химический - определение химического состава
  • Определение коэффициента трения (Лос-Анджелес);
  • Определение прочности с использованием сульфата магния;
  • Определение уровня фрагментации
  • Определение гранулометрического состава
  • Определение плотности (реальная, средняя, ​​относительная)
  • Определение органических соединений

Müraciət forması

Müraciət forması