Sektorlar

Neft və Qaz

Neft və qaz xətlərinin təhlükəsiz və uzunmüddətli istismar xüsusiyyətləri ilə seçilən borularla çəkilməsi layihəni daha dəyərli edən səbəblərdən biridir. Regionun neft və qaz sektorunun önəmli layihələrinin əsas tədarükçüsü rolunu oynamaqdan qürür duyuruq.

Bakı-Novorasisk və Bakı-Mazdok kimi iri xətt çəkilişləri kimi layihələrdə boru xətt çəkilişləri məhz istehsalımız olan borulara etimad göstərilməklə yerinə yetirilmişdir. Ölkəmizin tək spiral qaynaqlı polad boru istehsalı zavodu olan “Polad Boru Zavodu” regionun ən böyük boru zavodlarından biridir.

Eləcədə digər zavodlarımız olan “Polietilen Məmulatlar Zavodu” və “ Çuqun Töküm Zavodu”-un istehsal etdiyi sənaye infrastruktur malları nəyinki ölkəmizdə eləcədə regionda bu sektorun əsas layihələrinə öz töhvəsini verməkdədir.

Su Təchizatı

Su təchizatında etibarlılıq və gigiyenik məhsul vacib amildir. Regionun önəmli su təchizatı layihələrində aparıcı şirkətlərdən olan “Azertexnolayn” bu vəzifənin öhdəsindən layiqincə gəlməkdədir. İstər yüksək keyfiyyətli xammal PE100 –dən hazırlanan su borularımız, istər yüksək standartlara sahib gigiyenik izolyasiya örtüklələrlə boyanan polad borularımız, istər də müasir çuqun töküm, emal, boyama və rezin hazırlama avadanlıqlarla hazırlanan çeşidli su siyirtmələri, demontajlar, hidrantlar və.s hidrotexniki avadanlıqlar bu sektorun etibarlı təchizatçısı rolunu oynayır.

Çirkab Su İdarəetməsi

Çirkab suların idarəedilməsi böyük şəhərlərin infrastrukturunda əhəmiyyətli rolu oynayır. “Azertexnolayn”-ın təklif etdiyi çirkab su həlləri onilliklərlə ən sərt şərtlərdə belə böyük şəhərlərin bu istiqamətdə problemlərini həll etməklə xidmətinizdə olacaq.

150 mm – 2500 mm diametr aralığında aralığında istehsal edilən qofralı kanalizasiya borularının regionda ən aparıcı istehsalçısı olmaqla əsas çirkab su layihələrinin etibarlı tərəfdaşıyıq. O cümlədən polad lent tərkibli qofralı borunun yeganə istehsalçısı olmaqla bu sahəyə töhvə verməkdəyik. Polad möhkəmləndirmə qatı onlara artan struktur müqaviməti verir və oxşar məhsullarla müqayisədə səmərəlilik baxımdan qənaətcil edir.

Bundan başqa B125, C250, D400, E600, F900 tipli quyu qapaqları və yağış suyu barmaqlıqları müasir “Çuqun Töküm Zavodumuz” – un əsas məhsulları olmaqla nəyinki ölkəmizin o cümlədən regionun əsas tədarük etdiyi məhsullardandır.

Kənd Təsərrüfatı

Kənd təssərüfatının vacib məsələsi yüksək məhsuldarlığa nail olmaq və iqtisadi səmərə baxımından qənaətcilliyi təmin etməkdir. Yüksək məhsuldarlıq zamanı gəlirliyin əldə edilməsi üçün istifadə olunan texniki-təchizat məhsullarının yüksək faydlılıq və qiymət məsələri önəm daşıyır. Bu baxımdan uzunmüddətli istehsal təcrübəmizə əsaslanaraq bu sektora təklif etdiyimiz həllərimiz yüksək məhsuldarlıq və gəlirlilik əldə edilməsi üçün hesablanmışdır.

Şəhər Nəqliyyat İnfrastrukturu

Bu sektora daxil müxtəlif yol və küçələrdə - avtomagistralarda, şəhər və park yolları, yaşayış və qeyri-yaşayış obyektinin yolları, hava limanı, dəniz limanı, hərbi şəhərciklər və.s bu kimi yol və küçələrdə geniş istifadə olunan çuqun töküm içməli su quyu qapaqları, çirkab su quyu qapaqları, elektik xətti quyu qapaqları, rabitə quyu qapaqları, yağış barmaqlıqları, novlar, parklanma əleyhinə maneə dirəkləri, işıq dirəkləri, bulaq qurğusu, park oturacaqları, tullantı qutuları və bir çox sənaye infrastuktur məhsulları “Çuqun Töküm Zavodu”-da beynəlxalq keyfiyyət standartlarının tələblərinə uyğun olaraq istehsal edilir. Çuqun töküm məhsulları prosedurlamıza uyğun olaraq ən müasir avadanlıqlarda ağırlıq testi və digər mexaniki-kimyəvi testlərdən keçirilərək tədarükçülərə təhvil verilir.