Şirkətimizin nümayəndələri Özbəkistan və Tacikistan Respublikasında rəsmi görüşlərdə olublar.

4 iyul 2023 tarixində "Azertexnolayn" şirkətinin "Xarici Satış" şöbəsinin nümayəndələri Özbəkistan və Tacikistan Respublikasında bir sıra mühüm görüşlər keçirib. Məqsəd hər zaman olduğu kimi "Azertexnolayn" brendini dövlət səviyyəli təşkilarlara tanıtmaq və "Made in Azerbaijan" adı altında yerli istehsalımız olan sənaye məhsullarının ixrac imkanlarını artırmaqdır.