Şirkətimiz “Mərhəmətli olmağa tələsin” adlı yeni il şənliyi tədbirində iştirak etmişdir

Azertexnolayn şirkəti “Azərkimya İB” və “Qızıl Aypara Cəmiyyətinin” Sumqayıt şəhər bölməsi ilə birgə aztəminatlı ailələr və qayğıya ehtiyacı olan uşaqlara “Mərhəmətli olmağa tələsin” adlı Yeni İl şənliyi tədbirində iştirak etmişdir. Tədbirdə Şaxta baba, qar qız və uşaq rəqs qruplarının iştirakı ilə uşaqlarla əyəncəli vaxt keçirildi və bayram sovqatları paylanıldı.

Şirkətimizin direktoru Tofiq Məmmədov çıxışı zamanı bu kimi sosial əhəmiyyətli tədbirlərə Azertexnolayn şirkəti kimi gələcək illərdədə aktiv dəstək olmağının və şirkətlərin bu kimi humanitar proqramlarda iştirakının vacib olmasını bildirdi.