-AZERTEXNOLAYN
İzləyin
 -AZERTEXNOLAYN
İzləyin
www.azertexnolayn.az
Vakansiyalar

  Şirkətimiz daim peşəkar mütəxəssis axtarışındadır. Əgər siz də bizim sıralarımıza qoşulmaq istəyirsinizsə öz CV-nizi hr@azertexnolayn.com email ünvanına göndərə bilər və ya "müraciət et" düyməsinə basaraq işə müraciət formasını doldura bilərsiniz. Bütün müraciətlər İşə Qəbul şöbəsi tərəfindən incələnir və vakansiyalara uyğun namizədlərlə əlaqə yaradılır.

Dizayn mühəndisi

Əsas vəzifə və öhdəliklər
İstehsal ediləcək məhsulları xüsusi kompüter proqramlarında dizayn, analiz (Statik , Axışqan mexanikası, lazım olduqda fiziki analizlər) və montaj etmək (Assembly), montajı parçalamaq, məhsul ağacı hazırlamaq;
Bütün hissələri CAM (Computer aided manufactring ) G kodlarına cıxararaq dəzgahlara göndərmək;
Dizayn Programı qurmaq, əmrlər və ara üzləri (İnterface) digər istifadəçilər üçün əlverişli hala gətirmək;
Digər əməliyyatlar üçün bütün detalların texniki şəklini çıxartmaq və emalata göndərmək;
Yeni innovativ məhsullar ücün lazımlı arışdırmalar etmək ve ona görə detalları dizayn edib analiz etmək;
Detallaın ve montajın texniki xüsusiyyətlərini hesabat formasına salmaq və arxivləşdirmək;
Dizayn edilən bütün məhsulların yerli və beynəlxalq (DÜST, EN, İSO, APİ, AWWA və s.) standartlara cavab verməsini təmin etmək;
Qəlibləmə üçün modellərin və içliklərin dizayn edilməsi;
Emalatla sıx əlaqədə işləmək.

Seçim meyarları

İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il
Təhsili/ixtisası: Ali texniki təhsil (xaricdə təhsil arzuolunandır)
Təlim və kurslar: Dizayn üzrə təlimlərə qatılması əlavə üstünlükdür
Komputer bilikləri: Solidworks (üst səviyyədə), Ansys və CAM (əlavə üstünlük), MS office
Dil bilikləri: İngilis və ya Rus dilini irəli səviyyədə bilmək.
Yaş: 25-35 yaş

Fərdi keyfiyyətlər: Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, Məntiqli düşünmə və problemləri araşdırma bacarığı, etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı)


İş şərtləri

Struktur: Texniki Avadanlıqlar Zavodu / Dizayn Şöbəsi
İş saatları (iş rejimi): 09:00 – 18:00, şənbə günü 09:00-13:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1, Sumqayıt Kimya Sənaye Parkı
Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir


Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır."

Müraciət et CV göndər


İzləyin