“Azertexnolayn” MMC ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının əsas iştirakçılarından olub.

“Azmade” şirkətlər qrupuna daxil olan “Azertexnolayn” MMC 12 – 14 mart tarixlərində ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının əsas iştirakçılarından olub. Texnoloji sənaye məhsullarının aparıcı yerli istehsalçısı olan “Azertexnolayn” su təchizatı layihələrində dayanıqlı məhsul təminatı üçün qabaqcıl istehsal texnologiyalarını tətbiq etmək və innovativ həlləri təşviq etmək kimi vəzifələri qürurla icra edir. Meliorasiya və su idarəetmə layihələrində suyun nəqli zamanı yaranan problemlərin həllinə diqqət yetirərək, suya qənaət və ətraf mühitin qorunmasını təmin edən həllərə daha çox üstünlük verir.

Su sərfiyyatına qənaət edilməsi üçün su nəqli vasitələrindən olan boru və onun birləşdirici hissələri olan fitinqlərin eləcədə, suyun axınının idarə edilməsində tətbiq edilən vaistələrin yüksək təzyiqə dayanıqlı olması diqqət edilməsi gərəkən əsas məsələlərdəndir. Bunun üçün şirkətimizdə xüsusi test cihazları tətbiq edilir ki, bu da beynəlxalq tələblərə cavab verən keyfiyyətli məhsul təminatına imkan yaradır. Suyun nəqlində istifadə edilən məhsul və vasitələrin içməli su normalarına cavab verməsi isə istehsalda tətbiq edilən xammalın keyfiyyət standartlarına uyğun olması ilə ölçülür. Qabaqcıl texnologiyalarla təchiz edilmiş laboratoriyamızda xüsusi testlərdən uğurla keçən xammalı istifadə etməklə içməli su normalarına cavab verən məhsul istehsalına zəmanət veririk. Su təsərrüfatı sahəsini keyfiyyətli məhsullarla təchizində hədəfimiz cəmiyyət və ətraf mühit üçün dəyər yaratmaqdır

“Baku Su Həftəsi” sərgisi zamanı stendimiz və nümayiş olunan məhsullar sərgi təşkilatçıları və ziyarətçiləri tərəfindən xüsusən maraqla qarşılanmışdır və şirkətimiz ən yaxşı məhsul təqdimatı edən şirkət olaraq sertifikatla təltif edilmişdir.

Stendimizdə müxtəlif təyinatlı iri diametrli spiral tikişli polad borular, HDPE su və qaz boruları, HDPE fitinqlər, müxtəlif tipli hidrotexniki qurğular - siyirtmələr, hidrantlar, yağış suyu barmaqlıqları, quyu qapaqları və laborator xidmətlər, həmçinin , metal hasarlar, çirkab su boruları, kabel qoruyucu və optik kabellər üçün borular uğurla nümayiş edilmişdir.