-AZERTEXNOLAYN
İzləyin
 -AZERTEXNOLAYN
İzləyin
www.azertexnolayn.az
Vakansiyalar

  Şirkətimiz daim peşəkar mütəxəssis axtarışındadır. Əgər siz də bizim sıralarımıza qoşulmaq istəyirsinizsə öz CV-nizi hr@azertexnolayn.com email ünvanına göndərə bilər və ya "müraciət et" düyməsinə basaraq işə müraciət formasını doldura bilərsiniz. Bütün müraciətlər İşə Qəbul şöbəsi tərəfindən incələnir və vakansiyalara uyğun namizədlərlə əlaqə yaradılır.

Dizayn mühəndisi

Əsas vəzifə və öhdəliklər
İstehsal ediləcək məhsulları xüsusi kompüter proqramlarında dizayn, analiz (Statik , Axışqan mexanikası, lazım olduqda fiziki analizlər) və montaj etmək (Assembly), montajı parçalamaq, məhsul ağacı hazırlamaq;
Bütün hissələri CAM (Computer aided manufactring ) G kodlarına cıxararaq dəzgahlara göndərmək;
Dizayn Programı qurmaq, əmrlər və ara üzləri (İnterface) digər istifadəçilər üçün əlverişli hala gətirmək;
Digər əməliyyatlar üçün bütün detalların texniki şəklini çıxartmaq və emalata göndərmək;
Yeni innovativ məhsullar ücün lazımlı arışdırmalar etmək ve ona görə detalları dizayn edib analiz etmək;
Detallaın ve montajın texniki xüsusiyyətlərini hesabat formasına salmaq və arxivləşdirmək;
Dizayn edilən bütün məhsulların yerli və beynəlxalq (DÜST, EN, İSO, APİ, AWWA və s.) standartlara cavab verməsini təmin etmək;
Qəlibləmə üçün modellərin və içliklərin dizayn edilməsi;
Emalatla sıx əlaqədə işləmək.

Seçim meyarları

İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il
Təhsili/ixtisası: Ali texniki təhsil (xaricdə təhsil arzuolunandır)
Təlim və kurslar: Dizayn üzrə təlimlərə qatılması əlavə üstünlükdür
Komputer bilikləri: Solidworks (üst səviyyədə), Ansys və CAM (əlavə üstünlük), MS office
Dil bilikləri: İngilis və ya Rus dilini irəli səviyyədə bilmək.
Yaş: 25-35 yaş

Fərdi keyfiyyətlər: Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, Məlumatı toplamaq və təhlil etmək bacarığı, Məntiqli düşünmə və problemləri araşdırma bacarığı, etibarlılıq və şirkətə sədaqətlilik; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı)

İş şərtləri

Struktur: Texniki Avadanlıqlar Zavodu / Dizayn Şöbəsi
İş saatları (iş rejimi): 09:00 – 18:00, şənbə günü 09:00-13:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1, Sumqayıt Kimya Sənaye Parkı
Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır."

Müraciət et CV göndər

Hüquqşünas

Əsas vəzifə və öhdəliklər
1. Cəmiyyətin fəaliyyəti ilə əlaqədar aidiyyatı struktur bölmələr tərəfindən hazırlanmış standart (nümunəvi) müqavilələrin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğunu yoxlamaq, müştərilərlə bağlanması nəzərdə tutulan bütün növ müqavilələri hüquqi ekspertiza etmək, risklərin aşkar edilərək aradan qaldırılması üçün təkliflər vermək;
2. Cəmiyyətin təsis sənədlərini, onlarda baş vermiş dəyişiklikləri və idarəetmə orqanlarının qərarlarını (protokollarını) hazırlamaq, struktur bölmələrin əsasnamələrinin, hər bir fəaliyyət növü üzrə daxili qaydaların və digər daxili reqlamentlərin hazırlanmasında iştirak etmək və hüquqi rəyini bildirmək;
3. Digər sənəd layihələrinin (əmr, təlimat, əsasnamə, qayda, məktub, arayış, sorğu, hüquqi akt və hüquqi rəy tələb olunan digər sənədlərin) hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;
4. Cəmiyyətin yeni törəmə müəssisələrinin açılması, habelə hər-hansı fəaliyyət növü ilə bağlı lizenziyanın alınması üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak etmək və hüquqi dəstək vermək;
5. Verilmiş səlahiyyətlər çərçivəsində, Azərbaycan Respublikası və xarici dövlətlərin məhkəmələrində Cəmiyyəti təmsil etmək, hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, lazımi prosessual sənədlərin (iddia ərizələri, iddia ərizələrinə dair etirazlar, məhkəmə aktlarından şikayətlər, ərizə və vəsatətlər və s.) hazırlanmasını təmin etmək, çıxarılmış məhkəmə qərarlarının icrası ilə əlaqədar müvafiq işləri icra etmək;
6. Məhkəmələrin və digər dövlət orqanlarının Cəmiyyətin mənafeyinə zidd olan qərarlarından tələb olunduğu hallarda şikayətlər vermək;

Seçim meyarları

İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il
Təhsili: Ali (Hüquq üzrə)
Bacarıqlar: MS office, ünsiyyət bacarığı, səlis danışıq, diqqətlilik
Dil bilikləri: Rus və ingilis dilləri yaxşı səviyyədə

İş şərtləri

Struktur: Hüquq Departamenti
İş rejimi: 09:00 – 18:00, şənbə günü 09:00-13:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1
Əlavə təminatlar: Bakı şəhərindən nəqliyyat servisi, nahar və telefon limiti

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır."

Müraciət et CV göndər

RESEPŞN

Əsas vəzifə və öhdəliklər
-Ofisə gələn qonaqların qarşılanması, qeydiyyatı 
-Telefon zənglərinə cavab verilməsi, aidiyyatı üzrə yönləndirilməsi
-E-maillərin cavablandırılması və ya aidiyyatı üzrə yönləndirilməsi
-Daxil olan məktubların qeydiyyatının aparılması və yönləndirilməsi
-Kargüzarlıq və Ofisdaxili işlərin görülməsi
-Gündəlik yemək sifarişlərinin verilməsi üçün aidiyyatı Strukturlardan lazımi məlumatları dəqiqləşdirib yönləndirilməsi
-Müştərilərin və qonaqların suallarının dolğun şəkildə cavablandırılması

Seçim meyarları

İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il
Təhsili: Ali
Bacarıqlar: MS office, ünsiyyət bacarığı, səlis danışıq, diqqətlilik
Dil bilikləri: Rus və ingilis dilləri yüksək səviyyədə

İş şərtləri

Struktur: İnzibati işlər şöbəsi
İş rejimi: 09:00 – 18:00, şənbə günü 09:00-13:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1
Əlavə təminatlar: Bakı şəhərindən nəqliyyat servisi, nahar və telefon limiti

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır."

Müraciət et CV göndər

İşə qəbul mütəxəssisi

Əsas vəzifə və öhdəliklər
Açıq vakansiyaları analiz edərək tələb edilən göstəricilərə uyğun namizəd bazasının yaradılması (Məşğulluq mərkəzi, internetdə iş axtarış saytları,sosial şəbəkələr və s.)
Əmək yarmarkalarının təşkili və Yarmarkalarda CV-lərin toplanması və görüşlərin aparılması
Strukturlardan daxil olan işçi tələbinin analizi, kriteriyaların müəyyənləşdirilməsi
Verilən elanlar nəticəsində şirkətin bazasına daxil olan CV-lər və müraciətlərin kateqoriyalara görə sinifləndirilməsi və uyğun namizədlərin seçilməsi
İş elanları hazırlayaraq internet protalında, sosial şəbəkələrdə, işə qəbul agentlərin saytlarında yerləşdirərək onlarla əlaqə qurmaq
Namizədlərlə görüşərək ilkin müsahibələrin aparılaraq səriştələrini müəyyən edilməsi, aidiyyatı testlər apararaq cavabların analizi, referansların yoxlanılması və Nəticələrin iş tələbinə uyğun qarşılaşdırılması
Uyğun namizədlərin tələb keçilən strukturların rəhbərləri ilə görüşlərinin təşkili və dəyərləndirilməsinin alınması və uyğun namizədlərin işə yerləşdirilməsi
Daxili dəyərləndirmə nəticəsində İşçilərin testlərə tabe tutulması və müsahibələrin aparılması
İşə yerləşdirmə zamanı lazımı strukturlara işçinin ilkin məlumatlarının göndərilməsi
CV qovluqlarının yaradılması, digər sənədləşmə işlərinin aparılması, sənədlərin arxivlənməsi
Aylıq hesabatların hazırlanması, hesabatların analiz edilməsi
Məlumatların excel bazasında yığılması, uçotun aparılması

Seçim meyarları

İş təcrübəsi: 1 il (İnsan Resursları sahəsin
Təhsili: Ali və ya Magistr
Bacarıqlar: MS office, excell mükəmməl
Dil bilikləri: Rus və ingilis dilləri yüksək səviyyədə

İş şərtləri

Struktur: İnsan Resursları Şöbəsi