HAQQIMIZDA

2012-ci il Fevral ayında Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində  ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur:

Su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan Ø 400 – 2000 mm diametrdə istehsal olunabilən polad borular.   

Ø 400 - 2400 mm diametrə qədər istehsal olunabilən Polad armaturlu  Polietilen Kanalizasiya boruları.  

Max.  2,5  X 2,5 mt. ölçülərində paslanmaz metal hasar.                     

Plastik fittinqlər və müxtəlif çeşidlərdə injeksiya məhsulları.

Su siyirtməsi, qaz siyərtməsi, dairəvi siyirtmə, yanğın hidrantı

Şirkətin istehsal etdiyi məhsulların dünya standartlarına uyğunluğuna və yüksək keyfiyyət səviyyəsinə, həmçinin gigiyenik və təhlükəsizlik göstəricilərinə görə əldə etdiyi sertifikatlar:API,  ISO 9001, OHSA 18001, ISO 14001, ISO 29001, GOST, AZS.

   Hədəfimiz:

  • İstehlakçılar üçün etibarlı və keyfiyyətli məhsulların təminatçısı olmaq