Şirkətimiz nüfuzlu mukafata layiq görülmüşdür.
28.06.2018

18 iyun 2018-ci ildə Belarusiyanın paytaxtı Minsk şəhərində, MDB İcraiyyə Komitəsinin binasında keyfiyyətli məhsul və xidmətlər sahəsində əldə olunmuş uğurlara görə MDB iştirakçı ölkələrinin müəssisələrinin mükafatlandırılması mərasimi keçirilib. Dövlətlərarası Standartlaşdırma Şurasının 2017-ci ildə həyata keçirdiyi müsabiqənin nəticələrinə əsasən MDB-nin İqtisadi şurasının üzvlərindən ibarət olan juri tərəfindən “Sumqayıt Kimya Sənaye Parkı”-nda fəaliyyət göstərən “Azertexnolayn” şirkəti Polad Boru İstehsalı sahəsi üzrə keyfiyyətli məhsul və xidmət sahəsində əldə edilmiş uğurlarına görə MDB-nin ən nüfuzlu mükafatı ilə təltif edilmişdir. Bu mükafat sayəsində “Azertexnolayn” şirkəti 3 il ərzində öz məhsullarının üzərində MDB-nin mükafatı emblemini göstərmək hüququna, eyni zamanda bu ölkələrə birbaşa olaraq bu müddət ərzində heç bir sertifikat tələb edilmədən məhsul ixrac edə bilmə qabiliyyətinə malik olacaq. Bu da eyni zamanda ölkəmizin iqtisadi cəhətdən inkişafında öz müsbət təsirini göstərəcək.

Mərasimdə MDB iştirakçı dövlətlərinin təşkilat yanında daimi nümayəndələri, o cümlədən iştirakçı ölkələrin səfirlikləri, MDB İcraiyyə Komitəsini sədri və mükafata layiq görülən müəssisələrin nümayəndələri, eyni zamanda “Azertexnolayn” MMC-nin Direktoru Tofiq Məmmədov da iştirak etmişdir.

İzləyin