Mərkəzi Sənaye və İnşaat Məhsullarının Sınağı Laboratoriyası

Zavodumuzda, ən müasir, eləcə də, müvafiq keyfiyyət standartlarına cavab verən, akreditə quruluşlar tərəfindən periodik kolibrasiyalar edilən test cihazları ilə təchiz olunmuş laboratoriya fəaliyyət göstərir. Burada, xammal, zavoda daxil olduğu andan, hazır məhsul mərhələsinə gələnə qədər, yüksək təhsilli, geniş məlumat bazasına sahib təcrübəli mütəxəssilər tərəfindən  BS, EN, ASTM və ГОСТ standartların tələblərinə uyğun  olaraq, kimyəvi tərkibin analizi, eləcə də, dartma, bükmə, zərbə əyməsi, ağırlıq və bərklik sınaqlarından keçirilir. Keçirilən sınaqların ümumi siyahısı aşağıdakı kimidir.

BETON ÜÇÜN SINAQLAR:

  • konus çökməsinin təyini;
  • axıcılığın təyini;
  • hava həcminin təyini;
  • temperaturun təyini;
  • möhkəmlik həddin təyini

BETON DOLDURUCULARI (QUM, ƏLƏNTİ, QIRMA DAŞ, ÇINQIL)

  • kimyəvi – kimyəvi tərkibinin təyini;
  • sürtülmə əmsalının təyini (Los Anceles);
  • maqnezium sulfatın istifadəsi ilə möhkəmliyin təyini;
  • parçalanma səviyyəsinin təyini;
  • qranulometrik tərkibinin təyini;
  • sıxlığın təyini (həqiqi, orta, nisbi);
  • su hopmasının təyini;
  • orqanik qarışıqların təyini;

SEMENT ÜÇÜN SINAQLAR:

  • narınlığının təyini;
  • normal qatılığının təyini;
  • həcminin dəyişməsinin (genişləməsinin) təyini;
  • sıxılmada möhkəmliyin təyini.

QRUNT

  • qrunulemetrik tərkibin təyini (ələk üsulu);
  • maye həddinin və plastikliyin təyini;
  • orqanik tərkibinin təyini;
  • kimyəvi tərkibinin təyini;
  • nəmliyin təyini;
  • optimal nəmliyin ve maksimal sixligin təyini;
  • yukgöturmənin təyini;
  • qruntlarin möhkəmliyinin ve deformasiyann təyini
  • sixligin təyini (qum konusu ile);
  • sukeçirməməzlik təyini;
  • kipləşməsinin təyini (o cümlədən çöl şəraitdə) CBR;
  • maksimal sıxlıq indeksinin təyini.

TƏMƏL (ÖZÜL, BÜNÖVRƏ, PAYA, DİRƏK)

  • zərbəli yüklə bütövlülüyün təyini.

BİTUM VƏ BİTUM TƏRKİBLİ QARIŞIQLAR

  • su həssaslığının təyini;
  • dartılmada dolayı möhkəmliyinin təyini;
  • mineral tərkibli doldurucuların dənəvərliyinin təyini;
  • vakum kapilar viskozimetrlə asfaltın özlülüyün və kinematik özlülüyün təyini;
  • qatlar arası yapışma vəziyyətinin və hər qatın diametrinin və qalınlığının ölçülməsi

SU

  • bulanlığının təyini.

Labaratoriyada keçirilən digər sınaqların siyahısı:

  1. Məişət suyunda saxlandıqdan sonra yapışma müqavimətinin yoxlanılması
  2. Boyanın quruma xassələrinin müəyyənləşdirilməsi üçün sınaq
  3. Boyanın suya dayanıqlığının yoxlanılması
  4. Sıxlığın müəyyənləşdirilməsi
  5. Katodik soyulma testi
  6. Termik yaşlanma(OİT)
  7. Mikro analizlər(kristalitlərin ölçülərinin müəyyənləşdirilməsi)
  8.  Makro analizlər
  9. Polietilen və epoksidlərin bərklik sınağı(Shore D)
  10. Elektrik örtüyünün müqavimətinin müəyyənləşdirilməsi
  11. Boyanın zərbə testi
  12. Karbon tərkibinin müəyyənləşdirilməsi
  13. Materialda hisin yayılma səviyyəsinin müəyyənləşdirilməsi
  14. Deşici uca qarşı müqavimət testi ( polietilen və epoksid məhsullarda)
  15. SN- halqa dayanıqlığı testi ( SN sınağı)
  16. Ərimədə axıcılıq indeksinin təyini
  17. Plastik kütlənin sıxlığının təyini
  18. Hidrostatik təzyiq sınağı
  19. Boyanın dartıb – qopartma üsulu ilə yapışma testi
  20. Çarpaz kəsim üsulu  ilə yapışma testi
  21. X – kəsim üsulu  ilə yapışma testi
  22. Epoksid örtüyün bükmə sınağı
  23. Analitik ələk sınağı
  24. Quru və ya yaş membran qalınlığının müəyyənləşdirilməsi

Testlər müvafiq olaraq BS, EN, ASTM, GOST standartlarına uyğun aparılır.

Məhsullar

Videoya Baxın

Video oynat
Sertifikatlar
İzləyin