Məhsular laboratoriyası

Məhsullarımız ASTM, QOST, EN, DIN, NFA və ENE daxil olmaqla, bir çox beynəlxalq standartlara uyğun istehsal olunur. 

Zavodumuzda, ən müasir, eləcə də, müvafiq keyfiyyət standartlarına cavab verən, Akreditə quruluşlar tərəfindən periodik kolibrasiyalar edilən test cihazları ilə təchiz olunmuş laboratoriya fəaliyyət göstərir. Burada, xammal, zavoda daxil olduğu andan, hazır məhsul mərhələsinə gələnə qədər, yüksək təhsilli, geniş məlumat bazasına sahib təcrübəli mütəxəssilər tərəfindən  ASTM, İSO və ГОСТ standartların tələblərinə uyğun  olaraq, kimyəvi tərkibin analizi, eləcə də, dartma, bükmə, zərbə əyməsi, ağırlıq və bərklik sınaqlarından keçirilir.

Labaratoriyada keçirilən sınaqların siyahısı:

  1. Məişət suyunda saxlandıqdan sonra yapışma müqavimətinin yoxlanılması
  2. Boyanın quruma xassələrinin müəyyənləşdirilməsi üçün sınaq
  3. Boyanın suya dayanıqlığının yoxlanılması
  4. Sıxlığın müəyyənləşdirilməsi
  5. Katodik soyulma testi
  6. Termik yaşlanma(OİT)
  7. Mikro analizlər(kristalitlərin ölçülərinin müəyyənləşdirilməsi)
  8.  Makro analizlər
  9. Polietilen və epoksidlərin bərklik sınağı(Shore D)
  10. Elektrik örtüyünün müqavimətinin müəyyənləşdirilməsi
  11. Boyanın zərbə testi
  12. Karbon tərkibinin müəyyənləşdirilməsi
  13. Materialda hisin yayılma səviyyəsinin müəyyənləşdirilməsi
  14. Deşici uca qarşı müqavimət testi ( polietilen və epoksid məhsullarda)
  15. SN- halqa dayanıqlığı testi ( SN sınağı)
  16. Ərimədə axıcılıq indeksinin təyini
  17. Plastik kütlənin sıxlığının təyini
  18. Hidrostatik təzyiq sınağı
  19. Boyanın dartıb – qopartma üsulu ilə yapışma testi
  20. Çarpaz kəsim üsulu  ilə yapışma testi
  21. X – kəsim üsulu  ilə yapışma testi
  22. Epoksid örtüyün bükmə sınağı
  23. Analitik ələk sınağı
  24. Quru və ya yaş membran qalınlığının müəyyənləşdirilməsi
Məhsullar

Videoya Baxın

Video oynat
Sertifikatlar
İzləyin