Texniki avadanlıqlar zavodu

Texniki Avadnlıqlar Zavodu lazımi dizayn, modelləşdirmə,  qəlibləmə, istehsal, texniki baxış və quraşdırma xidmətinə malik olan əsas sahələrdən biridir. Burada sürgülü siyirtmə, dairəvi siyirtmə, quyu qapağı, yağış barmaqlıqları, yanğın hidrantı, demontaj parçaları, siyirtmə qovşağı, əks klapan, təmizləyici qurğular, bulaq qurğusu və başqa bu kimi texniki məhsullar istehsal olunur. Texniki Avadanlıqlar Zavodu istehsal və tökmə avadanlıqları ilə təchiz olunub. Sumqayıt Kimya Sənaye Parkı (SKSP) ərazisində yerləşən zavod 8000 m2 açıq, 13000 m2 qapalı sahəni əhatə edir. Zavodun illik istehsal həcmi 10000 ton-dur. İstehsal prosesi aşağıda qeyd olunan ardıcıllıqla yerinə yetirilir: lahiyələndirmə və üç ölçülü modelləşdirmə

• Sonlu elementlərin təhlili

• Qəlib istehsalı

• Tökmə

• Emal

• Boyama

• Müştəri tələbindən asılı olaraq standartlar (EN, GOST, API, ASME) daxilində içməli və tullantı su xətlərinə quraşdırılmaq üçün müxtəlif çeşiddə məhsullar istehsal olunur. Boyama prosesi ikiqat olaraq, elektrostatik toz epoksidlə yerinə yetirilir. Bütün məhsulların tam yararlı olmasına əmin olmaq üçün onlar əvvəlcədən sınaqdan keçirilir.

 

Məhsullar

Videoya Baxın

Video oynat
Polad boru zavodu
Polietilen məmulatları zavodu
Texniki avadanlıqlar zavodu
Plastik injeksiya istehsal sahəsi
Metal Hasar istehsal sahəsi
İzləyin