Laboratoriya

Məhsullarımız ASTM, QOST, EN, DIN, NFA və ENE daxil olmaqla, bir çox beynəlxalq standartlara uyğun istehsal olunur. 

Zavodumuzda, ən müasir, eləcə də, müvafiq keyfiyyət standartlarına cavab verən, Akreditə quruluşlar tərəfindən periodik kolibrasiyalar edilən test cihazları ilə təchiz olunmuş laboratoriya fəaliyyət göstərir. Burada, xammal, zavoda daxil olduğu andan, hazır məhsul mərhələsinə gələnə qədər, yüksək təhsilli, geniş məlumat bazasına sahib təcrübəli mütəxəssilər tərəfindən  ASTM, İSO və ГОСТ standartların tələblərinə uyğun  olaraq, kimyəvi tərkibin analizi, eləcə də, dartma, bükmə, zərbə əyməsi, ağırlıq və bərklik sınaqlarından keçirilir.