Polad Boru Zavodu

2012-ci il Fevral ayında Sumqayıt Kimya Sənaye Parkının (SKSP ) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturun inkişafı, onun mövcud potensialının dahada möhkəmlənməəsi və müasirləşdirilməsi istiqamətində professional sıylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün muasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və ekport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur:

  • Polad borular
  • Polietilen Kanalizasiya boruları
  • Paslanmaz Metal hasarlar
  • Plastik injeksiya məhsulları
  • Siyirtmə
  • Yanğın hidrantı
  • PE fitinqlər

Şirkətin istehsal etdiyi məhsulların dünya standartlarına uyğunluğuna və yüksək küyfiyyət səviyyəsinə, həmçinin gigiyenik və təhlükəsizlik göstəricilərinə görə əldə etdiyi sertifikatlar : ISO 9001, ISO 1800, ISO 14001, ISO29001, API, GOST, AZS. 

 

Daha çox öyrən: