Texniki Avadanlıqlar Zavodu

Texniki Avadnlıqlar Zavodu lazımi dizayn, istehsal, texniki baxış və quraşdırma xidmətinə malik olan, suvarma, içməli və tullantı su məhsullarının əsas istehsalçılarından biridir. Burada sürgülü siyirtmə, dairəvi siyirtmə, quyu qapağı, yanğın hidrantı və başqa bu kimi məhsullar istehsal olunur. Texniki Avadanlıqlar Zavodu istehsal və tökmə avadanlıqları ilə təchiz olunub. Sumqayıt Kimya Sənaye Parkı (SKSP) ərazisində yerləşən zavod 8000 m2 açıq, 13000 m2 qapalı sahəni əhatə edir. Zavodun illik istehsal həcmi 10000 ton-dur. İstehsal prosesi aşağıda qeyd olunan ardıcıllıqla yerinə yetirilir:

 

• Lahiyələndirmə və üç ölçülü modelləşdirmə
• Sonlu elementlərin təhlili
• Qəlib istehsalı
• Tökmə
• Emal
• Boyama
• Sınaq

 

Müştəri tələbindən asılı olaraq standartlar (EN, GOST, API, ASME) daxilində içməli və tullantı su xətlərinə quraşdırılmaq üçün müxtəlif çeşiddə məhsullar istehsal olunur. Boyama prosesi ikiqat olaraq, elektrostatik toz epoksidlə yerinə yetirilir. Bütün məhsulların tam yararlı olmasına əmin olmaq üçün onlar əvvəlcədən sınaqdan keçirilir.

 

Daha çox öyrən: