Keyfiyyətin İdarəetmə Sistemi

“Azertexnolayn” MMC aşağıda adları çəkilən bir çox beynəlxalq sertifikatlarla təmin olunmuşdur. Müəssisəmizin İdarəetmə sistemi bu standartların tələblərinə uyğun fəaliyyət göstərir.

  • Keyfiyyəti İdarəetmə Sistemləri üzrə ISO 9001:2015;
  • İş Sağlamlığı və Təhlükəsizliyini İdarəetmə Sistemləri üzrə OHSAS 18001:2007;
  • Ətraf Mühiti İdarəetmə Sistemləri üzrə ISO 14001:2015;

"Azertexnolayn" MMC, “Amerika Neft İnstitutu” tərəfindən API Spec Q1 və API-5L standartları üzrə sertifikatlaşdırılmışdır.

"Azertexnolayn" MMC-in nəzdində fəaliyyət göstərən “Sənaye və İnşaat Məhsullarının” sınaq laboratoriyası, “Azərbaycan Akkreditasiya Mərkəzi” tərəfindən ISO/IEC 17025:2009 standartı üzrə sertifikatlaşdırılmışdır.

Müəssisəmizdə Keyfiyyəti İdarəetmə Sistemi xüsusi əhəmiyyət daşıyır. Keyfiyyəti İdarəetmənin aşağıdakı prinsiplərinə əməl olunur:

  • Müştəri yönümlülük;
  • Liderlik;
  • İnsanların cəlb edilməsi;
  • Proses yanaşması;
  • Yaxşılaşdırma;
  • Dəlillərə əsaslanan qərarların qəbulu;
  • Əlaqələrin idarə edilməsi;
  • Məxfilik və qərəzsizlik;

"Azertexnolayn" MMC-də adları çəkilən idarəetmə sistemlərinin tələblərinə uyğun siyasətlər hazırlanır və bütün işçi heyətə çatdırılması təmin olunur.

Müəssisə üzrə İdarəetmə Sisteminin effektivliyinin, məhsullarımızın və xidmətlərimizin keyfiyyətinin davamlı yaxşılaşdırılması, müştəri məmnunluğunun artırılması üçün hər il müvafiq şöbələr tərəfindən ölçülə bilən məqsədlər hazırlanır və tətbiqi izlənilir.

"Azertexnolayn" MMC-də ildə ən az 1 dəfə olmaqla qeyd edilən standartlar üzrə daxili və xarici auditlər keçirilir.

Müştəri məmnunluğu müəssisəmiz üçün böyük önəm kəsb edir. Bu səbəbdən məmnunluq rüblük olaraq, müştərilərə onlayn və ya yazılı sorğular göndərilərək ölçülür.

"Azertexnolayn" MMC-in rəhbərliyi tərəfindən təşkilatın Keyfiyyəti İdarəetmə Sisteminin davamlı olaraq yararlığını, adekvatlığını, effektivliyini və müəssisənin strateji istiqamətinə uyğunluğunu təmin etmək üçün planlaşdırılmış təhlillər aparılır.

“AZERTEXNOLAYN” MMC-də, müştəri məmnuniyyətinin artırılması və beynəlxalq standartların tələblərinin qarşılanması məqsədilə, şikayət / etirazların idarəolunmasına xüsusi diqqət ayrılır.

Şikayət / etiraz sorğuları, tərəfimizə yazılı və ya şifahi olaraq bildirilə bilər. Müəssisəmizdə, sorğuların qəbulu üçün məsul şəxs təyin olunmuşdur.

 Şikayət və Etirazlardan məsul şəxs:

 Şəlalə Novruzova

 Telefon: +99450 271 39 06

E-mail: shelale.novruzova@azertexnolayn.com

İzləyin